image-5b7603b6-302e-3100-b9d7-d7ad7e84ca5d_850backend

Ali Radanın deputatı: “Azərbaycanla Ukrayna arasında ticarət dövriyyəsi 12 dəfə artıb

image-reklam_sirab_01

“İlham Əliyevin hakimiyyəti dövründə Azərbaycan siyasi və iqtisadi cəhətdən sabit bir dövlət olaraq qalır və avropalı tərəfdaşları özünə cəlb edir”.

Veteninfo.az-ın məlumatına görə, TANAP və onun davamı olan TAP Azərbaycanın milli maraqlarını ifadə etmək üçün əla bir nümunədir: “Ümumiyyətlə, İlham Əliyevin hakimiyyəti dövründə Azərbaycan təkcə regionda yox, həm də Avropada mühüm enerji ixracatçısına çevrilib. Avropa enerji idxalını şaxələndirməyə çalışdıqca Azərbaycan bu planların həyata keçirilməsi üçün vacib elementə çevrilir”.

Deputat Azərbaycanla Ukrayna arasındakı siyasi və iqtisadi əməkdaşlığın hazırkı vəziyyətinin çox yaxşı olduğunu vurğulayıb: “Ticarət dövriyyəsi 2001-ci ildə 53,7 milyon dollar idisə, 2020-ci ildə bu göstərici 665,3 milyon dollar olub. Təxminən 20 ildə ticarət dövriyyəsi 12 dəfədən çox artıb. Bunu daha da artırmaq üçün imkan var”.

V.Kolyox qeyd edib ki, Ukraynanın milli təhlükəsizlik strategiyası Azərbaycanın strateji tərəfdaş statusunu açıq şəkildə təsdiqləyir: “BMT-yə üzv olan 193 ölkədən yalnız 5-i bu statusa malikdir. Azərbaycanın Ukraynanın strateji tərəfdaşları arasında yerləşməsi artıq çox şeydən xəbər verir. Əvvəlki illərlə müqayisə etsək, indi Ukrayna ilə Azərbaycan arasında siyasi əlaqələr yüksək səviyyədədir. Bu yerdə 2019 -cu ilin dekabrında V.Zelenski və İ.Əliyevin Bakıda keçirdiyi görüşü xatırlamaq yerinə düşər. Ukrayna Ali Radasının Azərbaycan Respublikası ilə parlamentlərarası əlaqələr üzrə deputat qrupunun və Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə İşçi Qrupunun fəal işini də qeyd etmək lazımdır”.

O bildirib ki, Ukraynada Azərbaycanın həyata keçirdiyi islahatlar yaxından izlənilir: “Azərbaycan kadr, vergi, pensiya və s. islahatlar apararkən siyasi, iqtisadi və sosial sabitliyi qüsursuz şəkildə qorumağı bacarır. Azərbaycan savadlı planlaşdırma əsasında bütün mümkün riskləri nəzərə alaraq öz maraqlarını həyata keçirir. Belə olduqda islahatlar sosial sabitliyə təhlükə yaratmır, əksinə onu gücləndirir”


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki