image-1backend

Almaniya kansleri:”Biz təkbaşına Ukraynanı xilas edə bilmərik”

image-reklam_sirab_01

Almaniya kansleri Olaf Şolz hesab edir ki, Aİ-nin digər ölkələri Ukraynaya daha çox yardım etməlidir, çünki Almaniya təkbaşına belə böyük yükü daşımaq iqtidarında deyil.

Vətəninfo.az xəbər verir ki, bu barədə o, Almaniya Sosial Demokrat Partiyasının konfransında çıxışı zamanı bildirib.

“Ukraynaya göstərilən yardımın ümumi həcmində Almaniyanın bu qədər böyük paya malik olması belə olmamalıdır.

Çox şey etmək bizim töhfəmiz olmalıdır, amma hamı da çox iş görməlidir”, o əlavə edib və fevralın 1-də Aİ sammitində Kiyevə yardımın verilməsində yükün bölüşdürülməsi məsələsini qaldıracağını bildirib.

Şoltsun sözlərinə görə, Ukrayna münaqişəsi ilə bağlı “həlledici məqam gəlib çatıb”.

Kansler bir daha əmin edib ki, Berlin 2024-cü ildə Ukraynaya dəstək üçün 7 milyard avrodan çox vəsait ayıracaq ki, bu da Aİ ölkələrinin yardımının yarısından çoxu olacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki