Paşinyan COP31-də iştirak etmək üçün Türkiyəyə səfər etməyi planlaşdırır.
Vətəninfo.az xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan brifinqdə BMT-nin İqlim Dəyişikliyi Konfransında iştirak etmək üçün Türkiyənin Antalya şəhərinə səfər etməyi planlaşdırdığını açıqlayıb.
“Bəli, COP-da iştirak etmək üçün Antalyaya getmək planlarım var”, – deyə o bildirib.
BMT-nin İqlim Dəyişikliyi Konfransı (COP31) 9-20 noyabr tarixlərində Türkiyənin Antalya şəhərində keçiriləcək.


























