image-62c966bb63693backend

Almaniya: ”Qarabağda keçirilәn qondarma seçkilәri tanımırıq”

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, Almaniya Qarabağda keçirilən qondarma “prezident seçkiləri”ni tanımadığını açıqlayıb.

Almaniya Xarici İşlər Nazirliyindən verilən bəyanatda deyilir: “Almaniya hökuməti Qarabağın müstəqilliyini və keçirilən seçkiləri tanımır. Almaniya Avropa İttifaqı ilə birlikdə Ermənistan və Azərbaycan arasındakı münaqişənin həll edilməsi üçün səylər göstərir”.

Bəyanatda Almaniya hökumətinin bu ölkələrin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünü qəbul etdiyi bildirilib.

Qeyd edək ki,Azərbaycanın Qarabağ bölgəsindəki qeyri-qanuni erməni qüvvələri sentyabrın 9-da qondarma “prezident seçkiləri” keçirib.

Azərbaycan administrasiyası isə Qarabağ bölgəsində keçirilən qondarma seçkini pisləyib.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki