image-41backend

Almaniyada koronavirusa yoluxma sayında yeni rekord qeydə alınıb

image-reklam_sirab_01

Son sutkada Almaniyada COVID-19 infeksiyasına 76 414 təsdiq edilmiş yoluxma halı qeydə alınıb, bu isə pandemiya baş qaldırandan indiyədək ən yüksək göstəricidir.

Bu barədə Veteninfo.az  Robert Kox İnstitutunun məlumatlarına istinadən xəbər verir.

Beləliklə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 5 650 170 nəfərə yüksəlib.

Pandemiya dövründə koronavirus səbəbindən ölənlərin sayı 100 min nəfəri ötüb.

Yoluxma sayında artıma yol verməmək üçün ölkənin bəzi əyalətlərində yerli səviyyəli qapanma tədbirləri həyata keçirilir.

Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) daha əvvəl gələn ilin martınadək Avropada koronavirus səbəbindən ölüm sayının 2 milyon nəfəri ötə biləcəyini bəyan edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki