image-64backend

Almaniyanın müdafiə naziri yenə qadın olub

image-reklam_sirab_01

Almaniyanın keçmiş ədliyyə naziri Kristina Lambrext müdafiə naziri təyin olunub.

Vətəninfo.az “RİA Novosti”yə istinadən xəbər verir ki, Almaniya Prezidenti Frank-Valter Ştaynmayer dekabrın 8-də uyğun sərəncam imzalayıb.

Bildirilib ki, Kristina Lambrext Almaniyanın ardıcıl üçüncü qadın müdafiə naziridir. Ondan əvvəl Urusla fon der Lyayen və Anneqret Kramp-Karrenbauer bu postu tutublar.

K.Lambrext bu gün kansler seçilən Olaf Şoltsun təmsil olunduğu Sosial-Demokrat Partiyasındandır. O, hüquqçu və siyasətçidir. Silahlı qüvvələr sahəsində təcrübəsinin olmadığı bildirilir. 2019-cu ildən ölkənin ədliyyə naziri işləyib


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki