image-621736e5cd1cf621736e5cd1d01645688549621736e5cd1ca621736e5cd1cdbackend

Alüminiumun qiyməti tarixi maksimuma çatıb

image-reklam_sirab_01

Güclü tələb və məhdud təklif fonunda London Metal Birjasında (LME) alüminiumun qiyməti tarixi maksimuma – 1 tonu üçün 3 388 ABŞ dollarına çatıb.

Veteninfo.az-ın LME-yə istinadən verdiyi məlumata görə, beləliklə, bu rəqəm 2008-ci ildə qeydə alınmış rekord 3,38 min dollar həddini keçib. İndi rekord 3,388 min dollar təşkil edir. Ayın əvvəlində metalın maksimal dəyəri 3,24 min dollara çatıb.

Qeyd olunur ki, əmtəə bazarlarında belə sıçrayışın olması geosiyasi vəziyyətin kəskinləşməsi ilə əlaqələndirilir. Ukrayna ilə vəziyyətin gərginləşməsi tədarük problemlərinə və tədarükün azalmasına səbəb ola bilər. Beləliklə, əvvəllər qızılın qiyməti iyunun 10-dan bəri ilk dəfə olaraq unsiya üçün 1 900 dolları keçib, nikel isə 2011-ci ilin yazından bəri ən yüksək həddə (24,6 min dollar) qalxıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki