Ümumdünya Kürd Xalqları Diaspora Təşkilatının vitse-prezidenti Bərzani Nəbiyev Qazaxıstanın hakim partiyası AMANAT partiyası rəhbərliyi ilə görüş keçirib.
Vətəninfo.az-a Bərzani Nəbiyev bildirib ki, görüşdə Qazaxıstanda yaşayan digər xalqlar kimi, kürd xalqının təmsilçilərinə yaradılan imkanlar və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Bərzani Nəbiyev vurğulayıb ki, daha sonra Qazaxıstanda Azərbaycan diaspor təmsilçiləri ilə də görüşəcək.