“Azərbaycanda korporativ qiymətli kağızlar bazarının inkişafı ilə bağlı imkanlar böyükdür”.
Veteninfo.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının Kapital bazarına nəzarət departamentinin Kapital bazarına nəzarət şöbəsinin rəisi Samir İsmayılov deyib.
“Kapital bazarının inkişafı məqsədi ilə strateji plan hazırlanıb, strateji hədəflər müəyyənləşib və reallaşdırılır”, – deyə o, qeyd edib.
Xatırladaq ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda qiymətli kağızlar bazarı ötən ilin eyni dövrü ilə müqayisədə 39 % böyüyüb.