21 fevral Ana Dili günü ilə bağlı Səttar Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziyanın (XDTG) 5b sinfində tədbir keçirilib.
Vətəninfo.az xəbər verir ki, tədbirdə 5b sinfinin şagirdləri müxtəlif səhnəciklər təqdim ediblər. Şagirdlər ana dilimizə aid şeirlər, bayatılar səsləndirib, Azərbaycanın mərhum Prezidenti Heydər Əliyevin ana dilimiz haqqında dediyi müdrik kəlamlardan sitatlar gətiriblər.
Tədbirdə Azərbaycanın məşhur uşaq yazıçısı Reyhan Yusifqızı qonaq qismində iştirak edib. R.Yusifqızı çıxışında ana dilimizi yaxşı öyrənməyin yollarından danışıb. Yazıçı bildirib ki, bunun üçün uşaqlar dərslərinə yaxşı hazırlaşmaqla yanaşı, çoxlu mütaliə etməlidirlər: “Siz mütaliə etdikcə, oxuduqca diliniz də zənginləşir, daha gözəl danışırsız, fikirlərinizi daha sərbəst ifadə edə bilirsiniz. Siz fikrinizi yaxşı ifadə etsəniz, sizi dinləyən də çox olar. Bugünkü tədbiriniz çox gözəl idi, gözlədiyimdən daha artığını müşahidə etdim. Siz azyaşlı olmağınıza baxmayaraq, böyük səhnə mədəniyyəti nümayiş etdirdiniz”.
5b sinfinin rəhbəri, tədbirin təşkilatçısı Mələk Rəştiyeva da şagirdlərindən razı qaldığını bildirib: “Uşaqlar məni çox sevindirdi, qürurlandırdı. Səhnədə sərbəst idilər, bu günün mahiyyətini yaxşı qavrayıblar, hər biri öz üzərinə düşən işin öhdəsindən böyük məsuliyyətlə və bacarıqla gəldi”.
Qeyd edək ki, tədbirdə gimnaziyanın rəhbərliyi, müəllim kollektivi, 5-ci sinif şagirdləri və 5b sinfində təhsil alan şagirdlərin valideynləri də iştirak edib.
Ana Dili günü XDTG-də qeyd edilib – VİDEO+FOTOLAR
21 fevral Ana Dili günü ilə bağlı Səttar Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziyanın (XDTG) 5b sinfində tədbir keçirilib.
AFN.az xəbər verir ki, tədbirdə 5b sinfinin şagirdləri müxtəlif səhnəciklər təqdim ediblər. Şagirdlər ana dilimizə aid şeirlər, bayatılar səsləndirib, Azərbaycanın mərhum Prezidenti Heydər Əliyevin ana dilimiz haqqında dediyi müdrik kəlamlardan sitatlar gətiriblər.