image-reklam-veteninfo
image-11backend

Anna Malyar: ”Ukrayna hərbçiləri Andriyevka kəndini azad etdi”

image-reklam-veteninfo

Ukrayna müdafiə nazirinin müavini Anna Malyar Donetsk vilayətinin Baxmut istiqamətindəki Andriyevka kəndini azad etdiklərini bildirib.

Vətəninfo.az xəbər verir ki, Anna Malyar rəsmi internet səhifəsində etdiyi paylaşımda Ukrayna əsgərlərinin Baxmut istiqamətində irəlilədiyini bildirib.

Rus ordusunun Baxmutun şimal cinahında itirdiyi mövqeləri geri almağa çalışdığına diqqət çəkən Anna Malyar, Ukrayna əsgərlərinin şəhərin cənub cinahında uğurla irəlilədiyini qeyd edib.

Anna Malyar əsas qarşıdurmaların Andriyevka, Kurdyumivka və Klişiyevka bölgələrində davam etdiyini bildirib.

“Orada şad xəbərimiz var. Andriyevka bizimdir. Tutduğumuz mövqelərdə möhkəmlənirik”,-deyə Anna Malyar vurğulayıb.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki