image-6backend

Antalyada “Azərbaycan mədəniyyəti və sənəti günü”nün açılışı olub – FOTOLAR

image-reklam_sirab_01

Türkiyədəki Səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Antalya şəhərində “Azərbaycan mədəniyyəti və sənəti günü” tədbirlərinin açılış mərasimi və möhtəşəm konsert proqramı təqdim olunub.

Vətəninfo.az xəbər verir ki, tədbirə Azərbaycanın Türkiyədəki Səfirliyi və Antalya Azərbaycan Mədəniyyəti və Həmrəyliyi Dərnəyi dəstək göstərib.

Antaliyada dövlət nümayəndələri, akreditə olunmuş diplomatik nümayəndəliklərin təmsilçiləri, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə ilk öncə hər iki ölkənin dövlət himnləri səsləndirilib.

Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, Antalya valisi Hulusi Şahin dövlətlərimiz arasında yüksək səviyyəli münasibətlər, əməkdaşlıqdan danışaraq, Azərbaycan – Türkiyə münasibətlərinin dünyaya örnək olduğunu vurğulayıblar. Çıxışçılar Türkiyədə Azərbaycan mədəniyyətinə böyük maraq olduğunu qeyd edərək ilk dəfə olaraq Antalyada keçirilən “Azərbaycan mədəniyyəti və sənəti günü” tədbirlərinin bölgədə Azərbaycan milli mədəniyyətinin daha da yaxından tanımağa imkan yaradacağını söyləyiblər.

Sonra Azərbaycanın qədim tarixi, zəngin mədəniyyəti, turizm gözəlliklərinə dair videomaterial nümayiş etdirilib.

Azərbaycan Mədəniyyət Mərkəzinin hazırladığı bədii proqram tədbir iştirakçılarına təqdim olunub.

Azərbaycanın Əməkdar artisti Dilarə Əliyevanın Azərbaycan-Türkiyə qardaşlığı mövzusuna dair monoloqu tamaşaçıların alqışları ilə qarşılanıb.

Azərbaycanın xalq artisti Gülyanaq Məmmədova, əməkdar artistlər Ramil Qasımov, tarzən Sahib Paşazadə, gənc müğənnilər Aynur İsgəndərli, Vüsalə Əskərova milli musiqilərimizi ifa ediblər.

Azərbaycan Mədəniyyət Mərkəzinin “Xəzər” Rəqs Ansamblı “Azərbaycan suitası”, “Uzundərə”, “Şuşanın dağları” adlı milli rəqslərimizi, habelə nağara və qabalçıların çıxışı təqdim olunub.

Qeyd edək ki, Antalyada “Azərbaycan mədəniyyəti və sənəti günü” tədbirləri davam edir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki