image-modern-az-28-04-2021-1619611380backend

Araz Ağalarov: “Atamın nəslində bütün kişilər infrakt və insultdan ölüb” – MÜSAHİBƏ

image-reklam_sirab_01

Azərbaycan əsilli rusiyallı iş adamı, “Crocus Group” holdqinini prezidenti Araz Ağalarov “TASS” agentliyinə geniş müsahibə verib. Müsahibəsində iş adamı şəxsi həyatı, biznesi və s. barədə maraqlı açıqlamalar verib.

“Sovet dövründə Bakıda səsyazma studiyaları populyar idi. Sifarişlər çox olduğu üçün dövlət studiyayaları hamıya xidmət göstərə bilmirdi. Onda mən tanışların köməyi ilə studiyalarla razılaşdım ki, kassetləri evdə yazıb onlara təhvil verim. Mənə hər kassetə görə 2 rubl ödəyirdilər. Ayda 1000 rubla qədər pul qazanırdım”- deyə Ağalarov biznes fəaliyyətinin erkən çağında ilk pulları musiqidən qazandığını xatırlayır.
Ağalarov 14 yaşı olarkən atasını itirdiyini söyləyib. O, nəsillərində kişilərin infarkt və insulta irsi meylli olduqlarını əlavə edib. “Atamın nəslində bütün kişilər infarkt və insult nəticəsində ölüb. 2000-ci ildə bu irsi problem nəticəsində qardaşım da vəfat etdi. O atletik biri idi və hər gün onlarla kilometr piyada yol gedə bilərdi. Və gözlənilmədən 61 yaşında ölüm…”. Ağalarov tibb adamlarına müraciət edərək dəqiqləşdirib ki, onların nəslində kişilərdə xolestrin və triqresidlər genetik olaraq normadan xeyli çox olub. İş adamı xolestrinin yüksək miqdarda olan zaman qan dövranına mane olduğu və damarlarda tıxanıqlıq yaratdığını əlavə edib. “Mən bu məsələni araşdırdım və statin qəbul etməyə başladım. ABŞ-da bundan başı çıxan təcrübəli həkimlər tapdım və artıq 20 ildir ki, bədənimdə xolestrinin miqdarını normada saxlayıram”.
Araz Ağalarov ailəsi və aldığı ali təhsil barədə danışıb.
“Mənim atam Azərbaycan Elmlər Akademiyasının Su Problemləri İnstitutunun direktor müavini olub. 14 yaşım olanda o öldü. Atam Neft və Kimya İnstitutunun rektoru ilə dostluq edirdi. 16 yaşım tamam olanda anam onun evinə gedərək mənim hansı universitetə daxil olmam üçün məsləhət istədi. Atamın doktorluq dissertasiyası yazmasına kömək etdiyi həmin şəxs isə anama məsləhət almaq üçün böyük qardaşıma müraciət etməyi vacib bilib. Onun cavabı həmişəlik yadımda qalıb”. Araz Ağalarov Azərbaycan Texniki İnstitutuna daxil olduğunu, 1976-cı ildə İnstitutu bitirərək rabitə mühəndisi kimi Bakı Şəhərlərarası Telefon Stansiyasında işləməyə başladığını danışıb.
Bundan başqa, o, məşhur müğənni Müslüm Maqomayevlə dost olduqlarını da xatırlayıb.

image-araz1619610453
“Mən hələ telefon stansiyasında işlədiyim vaxt onunla ünsiyyətimiz yarandı. O, məndən 13 yaş böyük idi və əsl dostluğumuz məhz Moskvada başladı. Publika onu sevirdi, amma şöhrətinin zirvəsində onun yanındakı şəxslər bir anda yoxa çıxdılar. Bu zaman ona mənəvi dəstək verməli olduğumu anladım və biz çox yaxın olduq”.
Sovet İttifaqının dağılmasını böyük faciə adlandıran Araz Ağalarov hazırda yalnız Rusiya pasportuna malik olduğunu deyib.
“Mental olaraq mən sovet adamıyam. Pasportuma görə isə Rusiya Federasiyasının vətəndaşıyam. Oğlum Emin də, mən də yalnız Rusiya vətəndaşlayırıq. Bundan bir müddət öncə o, Azərbaycanın Xalq artisti adını alsa da… Bundan başqa, Eminin ABŞ-da oturum icazəsi var. 90-cı illərdə o, ABŞ-da 7 ya 8 il yaşayıb. Oxuyub və diplom alıb”.
Araz Ağalarov həyat yoldaşı ilə qızının uzun illərdir ki, ABŞ-da yaşadığını da deyib.
“Mən ABŞ-da ildə uzağı 1 ay olaram. Qızımı ziyarət edirəm, iş görüşləri keçirirəm. Qızım Şeyla ABŞ-a köçəndə 6 yaşı var idi. Ora həyat yoldaşım – anası İrina ilə köçdülər. Orada da qalası oldular. 31 yaşı var və 25 ildir orada qalır. Eminlə məndən fərqli olaraq, İrina və qızım 2000-ci illərin əvvəllərində Rusiyaya dönmədilər. Onlar çoxdan amerikalı olublar, pasport alıblar. Amma rus dilini unutmurlar. Bu yaxşıdır. Şeylanı nə qədər Moskvaya gətirsəm də, bir neçə həftədən sonra deyir ki, “ata getmək istəyirəm. Burada rəfiqələrim və heç kimim yoxdur”.
Araz Ağalarov həyat yoldaşı İrina Ağalarova ilə tanış olmasından da danışıb.
“Biz məktəbin 5-ci sinfindən tanış idik. Məktəbin bitməsinə yaxın dostlaşdıq. Sonra fərqli universitetlərə girdik. İrina Pedoqoji, mən də Texniki İnstitutda idik. Münasibətlər soyumağa başladı. Sonuncu kursda yenidən yollarımız kəsişdi və evlənmək barədə qərar verdik. Bu 1978-ci il idi. O vaxtdan İrina qızımla ABŞ-a köçməyənə qədər həmişə bir yerdə idik”.
Araz Ağalarov həyat yoldaşı ilə qızınını ABŞ-da yaşamağa başlamasını 90-cı illərdə Rusiyada təhlükəli kriminogen durumla bağlı olduğunu söyləyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image