AVRO-2024-ün seçmə mərhələsində II tura yekun vurulub.
Üç qrupda ümumilikdə 7 oyun keçirilib.
Günün ilk matçında Gürcüstan doğma meydanda Norveçlə heç-heçə edib – 1:1.
İlk turda səfərdə Ermənistana qalib gələn Türkiyə millisi yer aldığı D qrupunda bu dəfə Xorvatiyanı qəbul edib. Görüş qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.
A qrupunda seçmə mərhələyə qələbə ilə başlayan İspaniya ilə Şotlandiya ikincilərin meydanında münasibətlərinə aydınlıq gətiriblər. Şotlandiyalılar rəqibini 2 cavabsız qolla üstələyib.
I qrupunun favoriti İsveçrə isə öz meydanında İsraili darmadağın edib – 3:0.
AVRO-2024, seçmə mərhələ
II tur
28 mart
A qrupu
20:00. Gürcüstan – Norveç – 1:1
Qollar: Jorj Mikautadze, 61 – Aleksander Sörlot, 15
22:45. Şotlandiya – İspaniya – 2:0
Qollar: Skott Maktominey, 7; 51
Xal durumu: Şotlandiya – 6. İspaniya – 3, Norveç – 1, Gürcüstan – 1 (1 oyuna), Kipr – 0 (1 oyuna)
D qrupu
22:45. Türkiyə – Xorvatiya – 0:2
Qollar: Mateo Kovaçiç, 20; 45+4
22:45. Uels – Latviya – 1:0
Qol: Kiffer Mur, 41
Xal durumu: Uels – 4, Xorvatiya – 4, Türkiyə – 3, Ermənistan – 0 (1 oyuna), Latviya – 0 (1 oyuna)
I qrupu
22:45. İsveçrə – İsrail – 3:0
Qollar: Ruben Varqas, 39. Zeki Amduni, 48. Silvan Vidmer, 52
22:45. Rumıniya – Belarus – 2:1
Qollar: Nikolae Stançu, 17. Andrey Burke, 19 – Vladislav Morozov, 86
22:45. Kosovo – Andorra – 1:1
Qollar: Edon Jeqrova, 59 – Albert Rosas, 61
Xal durumu: İsveçrə – 6, Rumıniya – 6. Kosovo – 2, Andorra – 1, İsrail – 1. Belarus – 0.