image-reklam-veteninfo
image-img_20261127_105327backend

Pezeşkian İranın ciddi iqtisadi böhranla üzləşdiyini etiraf etdi: “Pulumuz yoxdur”

image-reklam-veteninfo

İran Prezidenti Məsud Pezeşkian ölkənin ciddi maliyyə çətinlikləri ilə üzləşdiyini və dövlətin maliyyə resurslarının tükənmək üzrə olduğunu etiraf edib.

Vətəninfo.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti məlumat yayıb.

Nəşrin yazdığına görə, Pezeşkian noyabr ayında iki dəfə İranın maliyyə vəziyyətinin ağırlığını açıq şəkildə dilə gətirib.

Tələbələrlə görüşündə prezident bildirib ki, ticarət məhdudiyyətləri və neft ixracına tətbiq edilən qadağalar ölkənin gəlirlərini ciddi şəkildə azaldır. Onun sözlərinə görə, müəssisələrin bağlanması dövlət büdcəsinin vergi daxilolmalarına da mənfi təsir göstərə bilər.

Pezeşkian ölkədə enerji çatışmazlığının miqyasını göstərmək üçün şəxsi həyatından da nümunə gətirib. O, evdə gödəkçə ilə yatdığını, istilik və elektrik enerjisindən istifadəni məhdudlaşdırdığını bildirib.

Prezident sənaye müəssisələrində elektrik enerjisinin kəsilməsinin qarşısını almaq məqsədilə vətəndaşları enerjiyə qənaət etməyə çağırıb.

Pezeşkian iqtisadi qarşıdurmanın İran üçün real hərbi münaqişə qədər ağır sınağa çevrildiyini vurğulayıb.

Qeyd edək ki, İranda iqtisadi böhran qiymətlərin sürətlə artması, milli valyutanın dəyərdən düşməsi, eləcə də ərzaq və yanacağa dövlət subsidiyalarının azaldılması fonunda dərinləşir.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki