image-4backend

“Avropa üçlüyü”: “İranın nüvə proqramı sülhü təhdid edir”

image-reklam_sirab_01

“İranın nüvə proqramı heç vaxt indiki qədər inkişaf etməyib”.

Vətəninfo.az xəbər verir ki, bu barədə “Avropa üçlüyü”nün (Fransa, Almaniya və Böyük Britaniya ) BMT-də səslənən bəyanatında deyilir.

Bəyanatı Fransanın BMT-dəki daimi nümayəndəsi Nikola de Rivyer oxuyub.

“İran iki ildir ki, görünməmiş addımlar atır və ölkənin (İran – Red) nüvə proqramı heç vaxt indiki qədər inkişaf etməyib. Bu nüvə eskalasiyası beynəlxalq sülh və təhlükəsizliyi təhdid edir” , – deyə Nikola de Rivyer bildirib.

Onun sözlərinə görə, Fransa, Almaniya və Böyük Britaniya İranın nüvə proqramı ilə bağlı Birgə Hərtərəfli Fəaliyyət Planının tam şəkildə həyata keçirilməsinə sadiqdirlər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki