image-3backend

AZAL Naxçıvan Aeroportunda sərnişin sıxlığı ilə bağlı açıqlama yayıb

image-reklam_sirab_01

Hazırda Naxçıvan Beynəlxalq Hava Limanında ciddi sərnişin sıxlığı müşahidə edilir.

Azərbaycanın milli aviadaşıyıcısı AZAL-dan Vətəninfo.az-a verilən məlumata görə, bu səbəbdən, AZAL yay mövsümündə intensiv uçuş cədvəlinə baxmayaraq, sərnişinlərin Naxçıvandan Bakıya daşınması üçün bütün zəruri tədbirləri həyata keçirir.

Mövcud vəziyyətin həlli məqsədilə AZAL Naxçıvana əlavə təyyarələr göndərəcək ki, bu da sərnişinlərin Bakıya çatdırılma prosesini sürətləndirməyə imkan verəcək.

Qeyd etmək lazımdır ki, bu gün bu marşrut üzrə yüksək tələbatı nəzərə alaraq, aviaşirkət 12 reys həyata keçirəcək.

Nəticə yoxdur.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki