image-meskur-mirzeyevbackend

Azərbaycan dinamik inkişaf strategiyasının mərkəzində

image-reklam_sirab_01

Azərbaycanda İqtisadi layihələrin inkişaf hədəflərinin təyin olunmasında düzgün seçilmiş mövqe uğurlu nəticələrin reallaşmasına səbəb olmuşdur. Bu həm müharibə vəziyyətində olduğumuz illərdə, həm də 44 günlük müharibədə qələbəmizdən sonrada həyata keçirilmiş və keçirilməkdədir. Müharibədən çıxmış bir ölkənin işğaldan azad olmuş ərazilərdə, hansı ki, məhfur düşmənlərimiz tərəfindən darmadağın edilmiş, daşı daş üstə qoymamış, bütün əraziləri minalamış torpaqlarımızda qısa müddətdə möcüzələr yaratması, həm siyasi, həm də əsasən iqtisadi cəhətdən inkişaf etmiş ölkələri təəccübləndirməklə yanaşı, heyran etmişdir. Azərbaycan dövləti bütün bu işləri öz resursları hesabına həyata keçirmişdir.

İqtisadi sahədəki inkişaf Azərbaycanın bütün regionlarında və bütün sahələrdə özünü büruzə verir. Möhtərəm Prezident İlham Əliyevin apardığı müdrük, məqsədyönlü siyasətin nəticəsində ölkədə siyasi sabitliyin təmin olunması davamlı iqtisadi inkişafa rəvac vermişdir. Butun bunlar xarici sərmayədarların ölkəmizə qarşı diqqətini cəlb etmiş və artıq region ölkələrinin, Avrasiya ölkələrinin və digər inkişaf etmiş ölkələrin sərmayədarları Azərbatcanda işləməyə başlamışlar. Sərmayədarlar üçün bütün əlverişli şəraitlər yaradılmış və onlar da qlobal layihələrin həyata keçirilməsində iştirak edirlər. Azərbaycan dövlətinin iqtisadiyyatının inkişafında iştirak etmək üçün, qarşılıqlı nəaliyyətlərə nail olmaq məqsədilə ölkəmizə gələn sülhməramlı dövlətlərin iş adamları ilə birlikdə çalışmaqdan həmişə məmnun olmuşdur.

Hal-hazırda Qarabağda gedən kiçik layihələrdən tutmuş qlobal layihələrin icrası və orada  xarici ölkələrin iştirakı, xüsusən də qardaş Türkiyənin iştirakı bunlara bariz nümunədir.

Azərbaycan Avropa ölkələrinin enerji təhlükəsizliyinin təminatında ən vacib ölkələrdən biridir. Azərbaycanda olan qaz ehtiyatları Avropanın bütün qaz ehtiyatlarının 75%-ni təşkil edir. Azərbaycan bu təminatda öz mövqeyini möhkəmlətməkdədir. Azərbaycan Cənub Qaz Dəhlizinin 4 siqmentinin əsas maliyyə yükünü öz üzərinə götürmüşdür.

Möhtərəm Prezident bütün görüşlərində, tarşırıq və göstərişlərində qeyd etmişdir ki, Azərbaycan iqtisadiyyatı təkcə heft və qaz sektorundan aslı olmamalıdır. Bu asılılıq ölkəmizdə digər sahələrə, yüngül və ağır sənaye sahələrinə, kənd təsərrüfatına inteqrasiya etməlidir. Son iqtisadi göstəricilər bunu göstərir ki, artıq digər sahələrdə davamlı iqtisadi inkişaf reallaşır.

Möhtərəm Prezident İspaniyanın “El Pais” qəzetinə müsahibəsində də xüsusi qeyd etmişdir ki: – “biz iqtisadiyyatımızın şaxələndirilməsi, neft və qaz sahəsindən asıllığın azaldılması üzərində fəal çalışırıq. Bizim ümumi daxili məhsulumuzun strukturuna nəzər salsanız, neft və qaz amili 50 faizdən aşağıdır”

Bir sözlə Azərbaycan dövləti bütün çətinliklərə, maneələrə, ikili standartlara baxmayaraq, hər çətinliyə sinə gərərək sürətlə inkişaf etməyə davam edir.

Azərbaycanın dinamik inkişaf strategiyasının təməlini Ulu Öndər Heydər Əliyev qoymuşdur. Bu strategiyanı həm siyasi, həm də iqtisadi sahədə davam etdirmək, yüksək təmkin tələb edən, müdrük siyasi bacarıq, əqidə, güc tələb edən məsələləri yüksək səviyyədə həll etmək və bütün bü sahələrdə uğur qazanmaq, qələbə çalmaq Ulu Ödər Heydər Əliyevin davamçısı, xalqımızın sevimlisi, dünya siyasət məkanında xüsusi yeri olan, Qalib Prezident cənab Ali Baş Komandan İlham Əliyevə məxsusdur.

 

 

 

 

“Suraxanı maşınqayırma zavodu” ASC-nin böyük hüquq məsləhətçisi

  Məşkur  Mirzəyev 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki