image-neftbackend

Azərbaycan əmtəəlik qaz hasilatını 11 %-dən çox artırıb

image-reklam_sirab_01

Bu ilin ilk yarım ilində Azərbaycanda 20 milyon 096,2 min ton qaz kondensatı daxil olmaqla xam neft hasil edilib.

Veteninfo.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu həcmin 20 milyon 058,6 min tonu əmtəəlik xam neftin payına düşüb.

Hesabat dövründə neft hasilatı ötən ilin müvafiq dövründən 2,6 % (əmtəəlik 2,3%) az olub.

Bu ilin yanvar-iyul aylarında ölkədə 24 milyard 085,4 milyon kubmetr təbii qaz hasil edilib. Bu həcmin 17 milyard 756,9 milyon kubmetri əmtəəlik təbii qazın payına düşüb. Bu ilin yanvar-iyul aylarında təbii qaz hasilatı illik müqayisədə 7,8%, əmtəəlik qaz hasilatı isə 11,1% artıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki