image-reklam-veteninfo
image-img-20211214-wa0017backend

Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatına (AGAT) yeni sədr seçildi

image-reklam-veteninfo

AGAT-ın ötən həftə Ümumi Yığıncağında sədrliyə seçkisi keçirmiş, sədr müavinin təyinatı olmuşdur.
Ümumi Yığıncağın səsverməsinə görə yekidilliklə yeni sədr Aytən Atazadə seçildi. Daha sonra Yığıncaqda təşkilata yeni sədr müavini Fərid Rəhimov təyin edildi.
Qeyd edək ki, Aytən Atazadə 1998-ci ildə Bakı şəhərində anadan olmuşdur. 2015-2017-ci ildə Bakı Biznes və Kooperasiya kollecini bitirmiş, B. Britaniyanın “Certified Financial Managers” İnstitutunu 2020-ci ildə məzunu olmuşdur. AGAT-a 2014-ci ildən üzv olmuş, 14-dən artıq sertifikata layiq görülmüş, təşkilatda fəaliyyəti dövründə müxtəlif beynəlxalq və yerli layihələrə koordinatorluq etmişdir. Eyni zamanda Etika Akademiyasında Sosial medi marketinq meneceri vəzifəsində çalışmışdır.
Sədr müavini Fərid Rəhimov AGAT-ın 2007-ci ildən üzvü, 2007-2010-cu illərdə gənclərin asudə vaxtının təşkili departamentinə rəhbərlik etmişdir. Daha sonra Nərimanov rayonu İcra Hakimiyyətində çalışmış, bank sektorunda fəaliyyətini davam etdirmişdir.
Təşkilatın 14 illik fəalyyəti dövründə AGAT-a sayca beşinçi sədr seçilir.

image-img-20211214-wa0018




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki