Azərbaycan xalqının iqtisadi fikirləri haqqında bizə gəlib çatan ən qədim yazılı abidələrdən biri “Avesta”dır. Zərdüştiliyin qanunlar toplusu olan “Avesta” bizim eradan əvvəl X-VII əsrlərdə meydana gəlmişdir.
İqtisadiyyat – insanların öz ehtiyaclarını təmin etmək məqsədilə məhdud vəsaitdən necə istifadə etməsi barədə elmdir. Azərbaycan Respublikası 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra iqtisadi sahədə öz suveren hüquqlarını gerçəkləşdirməyə və müstəqil siyasət aparmağa başlamışdır.
Müasir Azərbaycanın siyasi müstəqilliyinin bünövrəsi olan iqtisadi müstəqilliyimizin dayaqları hələ keçən əsrdə ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. Heydər Əliyev dövlət quruculuğunun inkişafı üçün iqtisadiyyata xüsusi önəm vermiş və bu yolda bir çox islahatlar həyata keçirmişdir.
Ötən 17 il ərzində Azərbaycan iqtisadiyyatı kifayət qədər ciddi inkişaf yolu keçib.Bu yolda bir çox geniş addımlar atılıb.Unutmayaq ki, bir ölkənin yüksəlişinin digər mühim səbəblərindən biri də iqtisadiyyatdır. İstər Heydər Əliyev ,istərsə də İlham Əliyev iqtisadiyyatımızın inkişafı üçün davamlı olaraq tədbirlər keçirib,bu sahənin inkişafı üçün əllərindən gələni əsgirəməmişdir.Nəticə olaraq biz çox məmnunuq. Çünki, bu sahədə uğurlarımız daha da artıb.
Müstəqil Azərbaycan ildən-ilə güclənir, sürətlə inkişaf edir. Aparılan iqtisadi siyasət sayəsində Azərbaycanın makroiqtisadi inkişafında dayanıqlıq təmin edilib və bir çox dövlətlərin uzun müddət ərzində əldə edə bilmədiyi yüksəliş tempinə nail olunub. Hətta Daşkəsəndə yeni qızıl yatağının istifadəyə verilməsi önəmli hadisədir. Təkcə qızıl yox,digər qiymətli oçan metalların hasilatı da bizim gələcəyimiz üçün ən böyük uğurlardan hesab olunur.
Keçmişdə lazımsız xərclərə görə çox vəsait xərclənib.İndi isə bu lazımsız xərclər olunmur.Dövlət büdcəsinə gələn gəlirlər qənaətli şəkildə istifadə edilir. Bu deməkdir ki,Azərbaycan dayanmadan inkişaf edir və yüksəlişinin ən pik nöqtəsinə çatıb.
Nəsimi rayon gənci
Səfərova Gülgün