image-fd781af2-fe51-3b32-b916-682c22c61c97_850backend

Azərbaycan İslam İnkişaf Bankı Qrupu ilə əməkdaşlığını genişləndirə bilər

image-reklam_sirab_01

İqtisadiyyat nazirinin müavini Elnur Əliyev Özbəkistanın paytaxtı Daşkənddə keçirilən İslam İnkişaf Bankı (İİB) Qrupunun 46-cı İllik Toplantısı çərçivəsində Bankın yeni seçilmiş prezidenti Məhəmməd Süleyman Əl-Casir və həmkarları ilə görüşüb.

Veteninfo.az bu barədə nazirliyə istinadən xəbər verir.

Məlumata görə, Bankın prezidentinə fəaliyyətində uğurlar arzulayan nazir müavini Azərbaycanın İİB, eləcə də bu qrupa daxil olan digər qurumlarla əlaqələrə xüsusi önəm verdiyini, Bankın özəl sektorun inkişafı istiqamətində göstərdiyi dəstəyin yüksək qiymətləndirildiyini vurğulayıb. E.Əliyev tarixi və əzəli Azərbaycan torpaqlarının işğaldan azad edilməsinin yeni reallıqlar yaratdığını qeyd edib, Qarabağda “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının reallaşdırılması və “yaşıl enerji zonası”nın yaradılması üzrə əməkdaşlıq imkanlarını diqqətə çatdırıb.

M.S.Əl-Casir Azərbaycanla əlaqələrin genişləndirilməsi istiqamətlərinə dair fikirlərini bölüşüb, Bankın Azərbaycanda həyata keçirilən layihələrdə iştirakda maraqlı olduğunu ifadə edib.

Görüşdə “Azərbaycan İnvestisiya Şirkəti” ASC, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə tərəfdaşlıq imkanları, Qarabağ Dirçəliş Fondu və İslam İnkişaf Bankının Birgə Fondunun yaradılması və işğaldan azad edilmiş ərazilərimizin bərpası, həmçinin dayanıqlı inkişafı istiqamətində Fondun imkanlarından istifadə etməklə birgə layihələrin həyata keçirilməsi, Bankın əhatə etdiyi ölkələr üzrə potensial sərmayədarlara Azərbaycan şirkətlərinin investisiya layihələrinin təqdimatı məqsədilə tədbirlərin təşkili və s. məsələlər barədə fikir mübadiləsi aparılıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki