image-13backend

Azərbaycan Mərkəzi Bankı məhkəməyə verilib

image-reklam_sirab_01

“FOODINI” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Mərkəzi Bankını (AMB) məhkəməyə verib.

Veteninfo.az-ın əldə etdiyi məlumata görə, MMC Bakı Kommersiya Məhkəməsinə müraciət edib.

“FOODINI” MMC Mərkəzi Banka qarşı maddi ziyanın ödənilməsi ilə bağlı tələb irəli sürüb.

İddia hakim Zeynəb Axundovanın icraatına verilib.

Məhkəmənin vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, Mərkəzi Bankın sədri Elman Rüstəmovdur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki