image-c5176299-a3a7-4782-baab-2fb66e19160cbackend

Azərbaycan NATO ilə əməkdaşlıq alətlərindənsəmərəli şəkildə istifadə edir

image-reklam_sirab_01

NATO-nun Baş katibi Yens Stoltenberqin Cənubi Qafqaz səfərini Bakıda başlaması NATO-nun Azərbaycanla uzunmüddətli tərəfdaşlığına verilən dəyər kimi önə çıxır. Azərbaycan ilə NATO arasında münasibətlər 1992-ci ildən qurulub onilliklər ərzində inkişaf edib. Ölkəmiz hərbi blokun müxtəlif proqramlarında, o cümlədən Sülh Naminə Tərəfdaşlıq proqramı NATO-nun Əfqanıstan Kosovodakı missiyalarında aktiv şəkildə fəaliyyət göstərib. Ölkəmizin NATO səylərinə töhfəsi 2002-ci ildə 22 sülhməramlı ilə başlayıb 2021-ci ilin yayına kimi onların sayı 120-yə yüksəlib. Azərbaycan bölmələri quru dəstəyi ilə yanaşı, müttəfiq qüvvələr üçün Əfqanıstanda maddi-texniki təchizat, tranzit marşrutlarının təhlükəsizliyini təmin ediblər.

 

Prezident İlham Əliyevlə görüş əsnasındaY.Stoltenberq enerji təhlükəsizliyi sahəsində Azərbaycanın bir sıra NATO müttəfiqləri ilə sıx əlaqələrini alqışlaması münasibətlərin müxtəlif sahələrdəki  xarakterini açdı. Bu baxımdan rəssmi Bakının Ermənistanın təcridini zəifliyini artırmaq üçün geostrateji təsir imkanlarından istifadə etməyə çalışması İrəvanın sülhə məcbur edilməsinin fərqli yollarından biridir. Bundanəlavə, bu tərəfdaşlıq Bakı üçün Ermənistana  münasibətdə strateji mövqelərini gücləndirmək üçün bir vasitə rolunu da oynayır ki, bu da sonnəticədə İrəvanın zəifləməsinə gətirib çıxara bilərHəmçinin Azərbaycanın qapalı formatda  Fransabaşda olmaqla NATO dövlətləri tərəfindən Ermənistana yardımdan narahatlığını son görüşdə ortaya qoyması bunun aradan qaldırılmasının zəruriliyini vurğulaması real arqumentlərdəndir. Çünki davamlı siyasi hərbi dəstək Ermənistanı sülhdən yayındıra bilər, bu da regional sabitliyə təhdidləri artırır.

Azərbaycan balanslaşdırma siyasəti sayəsində Rusiya ilə Qərb arasında artan qarşıdurma fonunda manevr imkanını saxlayır

Müəyyən bir məqamda, xüsusən Gürcüstan Ukrayna kimi postsovet məkanındakı digər dövlətlər fəal şəkildə alyansa üzv olmağa canatanda, Azərbaycan GUAM-dakı (Gürcüstan, Ukrayna, Azərbaycan Moldova) həmkarlarının yolunu getmədi. Reallıqda isə Bakı heç vaxtNATO üzvlüyünə can atmadı bunun əvəzinə rəqib bloklardan bərabər şəkildə faydalanmağa çalışır.

Vətən müharibəsindənki Qələbədən, ümumuiyyətlə, 2021-ci ildən sonra NATO ilə Azərbaycan arasında qarşılıqlı səfərlər müntəzəm xarakter almağa başladı. Belə ki, 2021-ci ilin dekabrında Prezident İlham Əliyev Brüsseldə Alyansın mənzil-qərargahına baş çəkərək Azərbaycanın “NATO ilə yüksək səviyyədə qarşılıqlı əlaqəyə malik olmasından çox məmnun olduğunubəyan etməsi münasibətlərin qarşılıqlıetimada əsaslandığını göstərir.

2021-ci ildən bəri NATO Baş katibinin Qafqaz Mərkəzi Asiya üzrə xüsusi nümayəndəs iXavyer Kolominanın digər NATO rəsmilərinin Azərbaycana səfərləri praktiki əməkdaşlıq, baxımından da əhəmiyyətli idi.

Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin 2023-cü ilinmayında Brüsseldə NATO rəsmiləri ilə bir sıra görüşlərə qatılması da deyilənləri təsdiq edir.

Azərbaycan NATO ilə əlaqələrini Türkiyə vasitəsilə inkişaf etdirir. Belə ki, Azərbaycan NATO üzvü olan qardaş ölkənin de-fakto təhlükəsizlik zəmanətindən faydalanır, həmçinin Azərbaycan Silahlı Qüvvələrinin modernləşdirilməsini, onları NATO standartlarına yaxınlaşdırmağı hədəfləyir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanhətta 2021-ci il iyunun 15-də imzalanmış ikitərəfliŞuşa Bəyannaməsi çərçivəsində AzərbaycandaTürkiyə hərbi bazasının yaradıla biləcəyini açıqlamışdı. Bu da NATO ölkəsi Türkiyə ilə əməkdaşlığın genişlənməsinin güclü göstəricisidir.

2022-ci ildə NATO-nun Müttəfiq Qüvvələrin Avropadakı Baş Qərargah rəisinin müavini kontr-admiral Qunnşteyn Brusdalın başçılıq etdiyi Atlantik Alyansının nümayəndə heyəti Azərbaycanın hərbi obyektlərinə baş çəkib “NATO ilə tərəfdaşlıq nəticəsində əldə edilən əməliyyat imkanlarında irəliləyişiyüksək qiymətləndirib.

Bütün bunlar onu göstərir ki, Azərbaycan  NATO ilə əməkdaşlıq alətlərindən səmərəli şəkildə istifadə edir onun əməliyyat imkanları, zabit hazırlığı, planlaşdırma minalardan təmizləməni əhatə edən proqramlarında ən fəal ölkələr sırasındadır.

 

Habil Məmmədov

siyasi ekspert


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki