Dünya birjalarında neft qiymətləri ucuzlaşır.
Veteninfo.az xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,17 dollar geriləyərək 66,77 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,33 dollar ucuzlaşaraq 63,13 dollar olub.
Azərbaycan neftinin qiymətinə gəlincə, o bahalaşıb. Belə ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,24 dollar artaraq 66,28 dollar təşkil edib.
Qeyd edək ki, “Azeri Light” neftinin bir barrelinin qiyməti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.