İyunun 9-da naməlum şəraitdə itkin düşmüş Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Hüseynov Ceyhun Tofiq oğlunun nəşi bu gün səhər saatlarında Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Günnüt yaşayış məntəqəsi istiqamətində aşkar edilərək şəxsiyyəti müəyyən edilib.
Vətəninfo.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
“Hazırda faktla bağlı araşdırma aparılır”, məlumatda deyilir.