Bu ilin yanvar-iyul aylarında Azərbaycan 133,8 milyon ABŞ dolları dəyərində pambıq mahlıcı ixrac edib.
Veteninfo.az xəbər verir ki, bu barədə İqtisadi islahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac icmalı”nın avqust sayında bildirilir.
Sənədə əsasən, bu, ötən ilin eyni dövrünə nisbətən 89,5 % çoxdur.
Təkcə bu ilin iyul ayında isə Azərbaycan 11,8 milyon ABŞ dollarlıq pambıq mahlıcı ixrac edib ki, bu da illik müqayisədə 2,5 % azdır.