Bu ilin iyul ayında Azərbaycan 15 milyon ABŞ dolları dəyərində ilkin formalı polipropilen ixrac edib.
Veteninfo.az-ın məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın avqust sayında bildirilir.
Sənədə əsasən, bu, ötən ilin iyul ayı ilə müqayisədə 2,2 dəfə çoxdur.
2021-ci ilin yanvar-iyul aylarında Azərbaycan 66,9 milyon ABŞ dolları dəyərində ilkin formalı polipropilen ixrac edib ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 43,3 % çoxdur.
Polipropilen “SOCAR Polymer” MMC-nin illik istehsal gücü 184 min ton olan Polipropilen Zavodunda istehsal edilir. Zavodun açılışı 2018-ci il iyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarellanın iştirakı ilə olub. Həmin il oktyabrın 5-də polipropilenin ixracına başlanılıb.