image-4cdd5ba7-d670-36bc-9061-a6f2c93cf8ac_850-1backend

Azərbaycan Premyer Liqası: Bu gün turun mərkəzi oyunu keçiriləcək

image-reklam_sirab_01

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında III turun daha bir oyunu keçiriləcək.

Günün yeganə matçı “Bank Respublika Arena”da baş tutacaq. Mərkəzi qarşılaşmada “Sabah” “Neftçi”ni sınağa çəkəcək. 6 xala malik komandalar turnir cədvəlində 1-2-ci yerləri bölüşdürürlər.

Paytaxt təmsilçiləri bunadək ölkə çempionatında 15 dəfə üz-üzə gəliblər. “Sabah” bu matçlarda cəmi 1 qələbə qazanıb. “Neftçi” isə 12 oyunda rəqibindən üstün olub. 2 görüşdə qalib müəyyənləşməyib. “Ağ-qaralar”ın 28 qoluna Murad Musayevin rəhbərlik etdiyi kollektiv cəmi 8 topla cavab verib.

“Neftçi” bütün oyunlarda qol vurub. “Sabah” evdə qələbə qazanmayıb.

Azərbaycan Premyer Liqası

III tur

20 avqust

20:30. “Sabah” – “Neftçi”
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Kamran Bayramov, Tural Qurbanov
Hakim-inspektor: Zöhrab Qədiyev
“Bank Respublika Arena”.

Qeyd edək ki, turun açılış matçında “Şamaxı” evdə “Səbail”lə 1:1 hesablı heç-heçə edib. Avqustun 21-də “Kəpəz” “Qəbələ” ilə, “Zirə” “Sumqayıt”la qarşılaşacaq. “Turan Tovuz” – “Qarabağ” matçı isə “köhlən atlar”ın Çexiyada “Viktoriya” (Plzen) komandasına qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununa daha yaxşı hazırlaşa bilməsi səbəbindən təxirə salınıb. Bakıdakı ilk qarşılaşmada hesab açılmayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki