image-1backend

Azərbaycan Prezidenti Cənubi Qafqazda söz sahibi olan siyasi liderdir ŞƏRH  

image-reklam_sirab_01

Ölkəmizə səfər edən dövlət və hökumət başçılarının, beynəlxalq təşkilat və media təmsilçilərinin Qarabağ və Şərqi Zəngəzurla bağlı təəssüratları yüksək emosionallığı ilə seçilir. Atalar məsəllərimizdən birində deyildiyi kimi, “yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır”. Ölkəmizin qonaqları torpaqlarımızda törədilmiş dağıntıların miqyası ilə üzləşdikdən sonra gördükləri mənzərəni fərqli dillərdə yalnız bu sözlərlə ifadə edirlər: vandallıq və vəhşilik. Azərbaycanda dövlət səfərində olan Belarus Prezidenti Aleksandr Lukaşenkonun dağıntıların miqyasını, Şuşada Natəvanın, Üzeyir bəyin və Bülbülün güllələnmiş heykəllərini gördükdən sonra verdiyi açıqlama da elə eyni qəbildəndir və yaşanan insani hisslərin obyektiv ifadəsidir: “İkonalara və heykəllərə atəş açanlar vəhşidirlər”.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Ülvi Quliyev deyib.

O qeyd edib ki, qonaqları təəccübləndirməklə yanaşı, həm də onları valeh edən Qarabağda və Şərqi Zəngəzurda aparılan irimiqyaslı bərpa-quruculuq işləridir. Onlar ermənilərin törətdiyi vandallığın miqyasını öz gözləri ilə gördükdən sonra biləndə ki, Azərbaycan bu miqyasda quruculuq işlərini heç kimdən kömək ummadan, yalnız daxili imkanları hesabına aparır, təəccüblərini gizlətməkdə çətinlik çəkirlər. Elə bu səbəbdən, Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycan Prezidentinə xitabən verdiyi bu açıqlamalar müstəqil Azərbaycanın bugünkü qüdrətinin və onun şəksiz Lideri Prezident İlham Əliyevin sarsılmaz qətiyyətinin obyektiv etirafıdır: “Qələbəni qoruyub saxlamaq daha vacibdir… Qələbə çaldınız və onu qoruyub saxladınız. İndi dirçəliş dövrüdür… Siz Qafqaz regionunu nəzarətdə saxlamağa qadirsiniz. Bu, artıq təkcə Azərbaycana görə məsuliyyət daşımaq demək deyil, Siz artıq bütün Qafqazdakı vəziyyətə cavabdehsiniz, biz-Qafqazda yaşamayan xalqlar buna çox böyük ümid bəsləyirik”. Belarus Prezidentinin bu fikirləri Prezident İlham Əliyevin xalqımız qarşısında tarixi xidmətlərinin ədalətli etirafı olmaqla yanaşı, həm də region ölkələrinin əmin-amanlıq və sülh şəraitində yaşaması naminə Azərbaycan Prezidentinin ortaya qoyduğu qətiyyətli siyasi mövqeyə hörmətin ifadəsidir. Bu mənada Prezident Aleksandr Lukaşenkonun mətbuata növbəti açıqlaması xüsusilə diqqət çəkir: “Siz bütün dünyaya göstərdiniz ki, Sizdən əvvəlki nəsillərin dövründə həll olunmayan ən mürəkkəb məsələləri həll etməyi bacarırsınız”.

Ülvi Quliyev bildirib ki, Prezident İlham Əliyevin mayın 16-da mətbuat konfransında verdiyi bu açıqlama isə həm Belarus Prezidentinin obyektiv dəyərləndirməsinin arxasında dayanan mürəkkəb geosiyasi həqiqətlərin, həm də tarixi Zəfərin əldə olunması naminə müstəqil Azərbaycanın apardığı mücadilənin miqyasını yetərincə ehtiva edir: “Dünyada vəziyyət sürətlə və bir qayda olaraq mənfi istiqamətdə dəyişir. Yeni münaqişələr, yeni qeyri-sabitlik ocaqları yaranır. Təəssüf ki, bir qayda olaraq mövcud münaqişələr öz həllini tapmır. Cənubi Qafqazda Azərbaycanın beynəlxalq hüquqa, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, BMT-nin Nizamnaməsinə və bütün dünya ictimaiyyətinin bu gün tanıdığı beynəlxalq humanitar hüquqa tam uyğun olaraq hərbi-siyasi yolla həll etdiyi münaqişə istisna olmaqla”.

Dövlətimizin başçısının ifadə etdiyi bu tarixi həqiqəti həm indiki, həm də gələcək nəsillərin olduğu kimi bilib layiqincə dəyərləndirmələri üçün, elə Prezident İlham Əliyevin özündən, 2022-ci ilin aprelində Dünya Azərbaycanlılarının Şuşada keçirilən V Qurultayındakı çıxışından başqa bir iqtibası da xatırlatmaq istərdim: “Biz təkcə Ermənistanla müharibə aparmamışıq. Biz təkcə dünya erməniliyi ilə müharibə aparmamışıq, biz Ermənistanın himayədarları ilə müharibə aparmışıq və bu müharibədə Qələbə qazanmışıq. Ona görə bu Qələbənin tarixi əhəmiyyəti daha böyükdür”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki