Bu ilin iyul ayında Azərbaycan 9 milyon ABŞ dolları dəyərində qızıl ixrac edib.
Veteninfo.az-ın məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2021-ci ilin avqust sayında bildirilir.
Sənədə əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 15,9 % azdır.
2021-ci ilin yanvar-iyul aylarında isə Azərbaycan 116,9 milyon ABŞ dolları dəyərində qızıl ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 22,3 % çoxdur.