Azərbaycan bu il Rusiya ilə ticarət dövriyyəsini artırmağı hədəfləyir.
Veteninfo.az xəbər verir ki,bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Nazir bildirib ki, ötən il iki ölkə arasında ticarət münasibətlərinin azalması ilə yadda qalıb:
“Amma hazırda həm Azərbaycanda, həm də Rusiyada iqtisadi artım müşahidə olunur ki, bu da iqtisadi baxımdan əməkdaşlıq sferalarına təsir göstərir”.
O əlavə edib ki, bu ilin birinci yarısında iki ölkə arasında xarici ticarət dövriyyəsi illik müqayisədə 4 faiz artıb.