image-reklam-veteninfo
image-626631a3bdae1626631a3bdae21650864547626631a3bdadc626631a3bdadfbackend

Azərbaycan Rusiyaya qazın dəyərini rublla ödəməyə başlayıb

image-reklam-veteninfo

Moskva Qərbin hərəkətlərindən yaranan riskləri azaltmaq üçün qabaqlayıcı tədbirlər görüb. Azərbaycan da daxil olmaqla, digər ölkələrlə milli valyutalarda hesablaşmalara daha fəal keçid edib.

Veteninfo-nun verdiyi xəbərə görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Denis Qonçar bildirib.

O qeyd edib ki, ekspert hesablamalarına görə, Rusiya ilə Azərbaycan arasında bütün ticarətin təxminən 30%-i rublla həyata keçirilir və bütövlükdə, Rusiya-Azərbaycan iqtisadi münasibətlərinin arxitekturası xarici neqativ amillərə o qədər də həssas deyil və qeyri-standart vəziyyətlərə tez uyğunlaşır.

Denis Qonçarın sözlərinə görə, Rusiya Federasiyası Azərbaycanın aparıcı iqtisadi tərəfdaşlarından biridir və Azərbaycan neft məhsullarının idxalçıları arasında birinci yerdədir.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki