image-img-20240715-wa0003backend

Azərbaycan və Pakistan arasında əlaqələr inkişaf olundadır

image-reklam_sirab_01

İyulun 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pakistan İslam Respublikasına dövlət səfərinə gəlib. Səfər zamanı həm qarşılama mərasimində, həm də keçirilən görüşlərdə çox isti münasibətin şahidi olduq. Səfər fonunda Azərbaycan Prezidenti və  Pakistanın Baş naziri ikitərəfli görüşlər zamanı müxtəlif sahələrdə əməkdaşlıq əlaqələrini müzakirə etdi.

Azərbaycan Prezidentinin Pakistana baş tutan 2 günlük rəsmi səfəri çox böyük əhəmiyyət daşıyır. Bu rəsmi səfər Azərbaycanın Pakistanla daha da sıx əlaqələrin genişləndirməsinə şərait yaradacaq. Bu səfər Azərbaycan Prezidenti Cənab İlham Əliyevin Pakistana 7 ildən son baş tutan rəsmi səfəridir. Çünki sonuncu dəfə 2017-ci ildə səfər etmişdi. Azərbaycan Prezidentinə qarşı Pakistanda, xüsusi bir rəğbət və dərin hörmət var. Bu əslində həm qarşılama mərasimində, həm keçirilən görüşlərdə özünü göstərmiş oldu. Bu səfər çərçivəsində tərəflər arasında ikili əlaqələrin inkişaf etdirilməsi ilə bağlı müxtəlif sahələri əhatə edən təqribən 15 sənəd imzalandı.
Bu sənədlərin bir hissəsi kənd təsərrüfatı, şəhər salma, iqtisadi, siyasi əlaqələr, müdafiə sahəsində əlaqələrin dərinləşdirilməsi, mədəni əlaqələr, eyni zamanda, qarşılıqlı investisiyaların qoyulması ilə bağlıdır. Hətta indiki məqamda Pakistan ilə Azərbaycan arasında ticarət dövriyyəsi 100 milyon dollar olduğu halda bunu yaxın gələcəkdə investisiyaların qoyuluşu və ticarət dövriyyələrinin artırılması ilə təqribən 2 milyard dollar nəzərdə tutulub. Daha sonra isə bu ticarət dövriyyəsinin daha da genişləndirilməsi düşünülür.
Yəni bir neçə milyard dollara qədər qaldırmaq imkanını nəzərdə tutub. Yəni potensial var, amma bu potensialdan necə istifadə edəcəyimiz çox maraqlıdır. Çünki bu vaxta qədər Azərbaycan ilə Pakistan arasında ticarət dövriyyəsi çox zəif olub.
Azərbaycan və Pakistan arasında bizim hərbi, ticarət, mədəni, siyasi əlaqələrimiz var. Amma bunlar az idi. Bu səfəri izləyərkən həm mətbuat konfransında, sənədlərin imzalanması mərasimində çox isti münasibətin olduğunu görürük. Pakistan tərəfi bu səfərə həddən çox sevinir. Həmçinin, Azərbaycan tərəfindən də bu isti münasibətə məmnunluq hiss olunur.

Türkan Cümşüdova – YAP üzvü


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki