image-45backend

Azərbaycana idxal edilən bəzi meyvə-tərəvəzin gömrük rüsumlarının müddəti uzadılıb

image-reklam_sirab_01

Azərbaycana idxal edilən meşə fındığı, təzə süfrə üzümü, alma, armud (perrinin, və ya armud sidrinin istehsalı üçün, qalama halında) tətbiq edilən idxal gömrük rüsumunun müddəti bu ilin sonundan 2023-cü ilin sonunadək uzadılıb.

Vətəninfo.az-ın məlumatına görə, bununla bağlı Baş nazir Əli Əsədov “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi barədə qərar imzalayıb.

Bununla bağlı idxal olunan meşə fındığının 1 kq-na tətbiq edilən 1,5 ABŞ dolları, təzə süfrə üzümünün 1 kq-na tətbiq edilən 0,4 ABŞ dolları, almanın 1 kq-na tətbiq edilən 0,3 ABŞ dolları, armudun 1 kq-na tətbiq edilən 0,3 ABŞ dolları idxal gömrük rüsumun tətbiqi davam edəcək.

Bundan başqa, ölkəyə idxal edilən təzə və ya soyudulmuş baş (adi) soğan, şalot soğanı, xiyar və kornişonlara da tətbiq edilən idxal gömrük rüsumunun müddəti 2023-cü ilin sonunadək uzadılıb.

Təzə və ya soyudulmuş baş (adi) soğan, şalot soğanın 1 kq-na tətbiq olunan 0,6 ABŞ dolları, xiyarın 1 kq-na tətbiq olunan 0,8 ABŞ dolları, kornişonların 1 kq-na tətbiq olunan 0,8 ABŞ dolları idxal gömrük rüsumunun tətbiq edilib.

2023-cu ildən sonra həmin məhsulların 1 kq-na 15 % idxal gömrük rüsumu tətbiq olunacaq.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki