image-33backend

Azərbaycanda aşkarlanan saxta valyutaların həcmi açıqlanıb

image-reklam_sirab_01

Azərbaycan Mərkəzi Bank (AMB) tərəfindən banklara dollar qəbulunu dayandırmaqla bağlı hansısa göstəriş verilməyib.

Veteninfo.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın Baş direktoru Aqşin Vəliyev mətbuat konfransında deyib.

“Biz bilmirik ki, bu məlumatlar hansı mənbələrdən yayılır”, – o bildirib.

A.Vəliyevin sözlərinə görə, AMB kommersiya banklarına bir sıra tövsiyyələr verib:

“Mərkəzi Bank olaraq tövsiyə edirik ki, onlar əskinas qəbulu məntəqələrini və sistemlərini uyğunlaşdırsın ki, saxta xarici valyutaları aşkar edə bilsin. Bu günə qədər 125 ədəd saxta valyuta aşkar edilib. Bu isə beynəlxalq təcrübədə o qədər də böyük göstərici deyil”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki