Gəncə Texnologiya Universitetinin (VÖEN – 2300343181) dövlət büdcəsinə yarım milyon manatdan çox vergi borcu yaranıb.
Veteninfo.az xəbər verir ki, bugünkü məlumata görə, təhsil ocağının 565 min 865 manat 94 qəpik vergi borcu var.
Qeyd edək ki, son günlər sosial şəbəkələrdə Universitetin rektoru Akif Süleymanovun sağlamlığında problem olması ilə görüntülər yayılmışdı.