image-1backend

Azərbaycanda daha bir sabiq deputat VƏFAT ETDİ – FOTO

image-reklam_sirab_01

Milli Məclisin sabiq deputat İsgəndər Quliyev vəfat edib.

Vətəninfo.az xəbər verir ki, Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin Diplomatiya və müasir inteqrasiya prosesləri kafedrasının dosenti olan sabiq siyasətçi bu gün dünyasını dəyişib.

İsgəndər Quliyev 1938-ci il iyulun 1-də Astara rayonunda anadan olub. Orta təhsilini Ərçivan kənd Puşkin adına orta məktəbdə alıb. 1960-cı ildə BDU-nun Tarix fakültəsinə qəbul olunub.

1965-ci ildən BDU-nun Tarix fakültəsində elmi-pedaqoji fəaliyyətə başlayıb. 1967-ci ildə namizədlik dissertasiyası müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsi alıb. 1965-1968-ci illərdə Astara rayonu Səncərli kənd tam orta məktəbində əvvəlcə direktor müavini, sonra direktor vəzifəsində işləyib. 1970-ci ildən BDU-da müəllim, baş müəllim, dosent vəzifələrində çalışıb.

İsgəndər Quliyev II çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki