image-d33dffd1-39ee-4cc5-bda5-88792aea39e1backend

Azərbaycanda koronavirusdan vəfat edən jurnalistlərin sayı açıqlandı

image-reklam_sirab_01

COVID-19 pandemiyası dövründə Azərbaycanda 16 jurnalist koronavirusdan dünyasını dəyişib.

Veteninfo.az xəbər verir ki, bu barədə Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) illik hesabatında bildirilib.

Monitorinqin nəticələrinə görə, jurnalistlər arasında yoluxanların sayı 288 nəfərə yaxın olub (2020-ci ildə 117 nəfər olmuşdu). Bununla da 2020-21-ci illərdə yoluxanların ümumi sayı 405 nəfərə çatıb.

COVID-19-a yoluxma səbəbindən həyatını itirən jurnalistlərin sayı 2021-ci ildə 8 nəfər olub (2020-ci ildə də 8 nəfər olub). Bununla da, 2020- 21-ci illərdə koronavirusdan vəfat edən jurnalistlərin ümumi sayı 16 nəfərə yüksəlib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki