Azərbaycanda sistem əhəmiyyətli banklarla bağlı müəyyən tələblər var və hazırda ölkədə 4 sistem əhəmiyyətli bank fəaliyyət göstərir.
Veteninfo.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Baş direktoru Rəşad Orucov keçirilən mətbuat konfransında deyib.
R.Orucovun sözlərinə görə, pandemiya səbəbindən banklara kapital adekvatlığı tələbi 1 % aşağı salınıb:
“Artıq pandemiyadan çıxış olduğuna görə, kapital adekvatlığı tələbi bərpa olunub”.
Belə ki, sistem əhəmiyyətli banklar üzrə məcmu kapitalın adekvatlıq əmsalı 1 yanvar 2021-ci il tarixinədək minimum 11 % həddində müəyyən olunub. Sistem əhəmiyyətli banklar istisna olmaqla, digər banklar üzrə məcmu kapitalın adekvatlıq əmsalı isə 1 yanvar 2021-ci il tarixinədək 9 %-dən az ola bilməzdir.
Qeyd edəki ki, Mərkəzi Bankın kapital adekvatlığı əmsalı üzrə tələbi sistem əhəmiyyətli banklarda 12 %, digər banklarda isə 10 % həddindədir.
Hal-hazırda ölkədə 26 bank fəaliyyət göstərir.