image-reklam-veteninfo
image-0c1b82e5-b037-3f5d-9d95-6d2722ba4c62_850backend

Azərbaycandakı investisiya şirkətlərinin renkinqi (yanvar-avqust, 2021)

image-reklam-veteninfo

“Bakı Fond Birjası” QSC bu ilin yanvar-avqust aylarında üzvlərinin dövriyyəsi üzrə renkinqi açıqlayıb.

Veteninfo.az Birjaya istinadən xəbər verir ki, renkinqə 8 milyard 826 milyon 258 min 515 manatlıq göstərici ilə “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC başçılıq edir.

Növbəti yerlərdə 3 milyard 560 milyon 818 min 261 manatla “Unicapital İnvestisiya Şirkəti” ASC, 1 milyard 908 milyon 854 min 432 manatla “BTB Kapital İnvestisiya Şirkəti” ASC, 1 milyard 221 milyon 457 min 634 manatla “AzFinance İnvestisiya Şirkəti” QSC, 782 milyon 916 min 003 manatla “ABB İnvest İnvestisiya Şirkəti” QSC, 423 milyon 690 min 028 manatla “CPM-İnvest İnvestisiya Şirkəti” QSC, 369 milyon 056 min 296 manatla “Xalq Kapital İnvestisiya Şirkəti” QSC, 290 milyon 259 min 169 manatla “İnvest-Az İnvestisiya Şirkəti” QSC, 146 milyon 381 min 969 manatla “PSG Kapital İnvestisiya Şirkəti” QSC və 56 milyon 286 min 082 manatla “MFX Trading İnvestisiya Şirkəti” ASC qərarlaşıb.

 

№ İnvestisiya şirkətləri Əməliyyatların həcmi, AZN
1 PAŞA Kapital 8 826 258 515
2 Unicapital 3 560 818 261
3 BTB Kapital 1 908 854 432
4 AzFinance 1 221 457 634
5 ABB-İnvest 782 916 003
6 CPM-İnvest İnvestisiya Şirkəti 423 690 028
7 Xalq Kapital 369 056 296
7 İnvest-Az 290 259 169
8 PSG Kapital 146 381 969
9 MFX Trading 56 286 082
10 Plato Capital and Co. –



  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki