image-1backend

Azərbaycanı yenidən AŞPA-da görmək istəyirəm – AŞ Nazirlər Komitəsinin rəhbəri

image-reklam_sirab_01

Avropa Şurası Nazirlər Komitəsinin rəhbəri, Lixtenşteynin xarici işlər naziri Dominik Hasler Azərbaycan nümayəndə heyətini tezliklə Parlament Assambleyasında görmək istədiyini bildirib.

Vətənonfo.az xəbər verir ki, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sessiyasında irlandiyalı deputat Pol Havanın sualına cavab verən Dominik Hasler deyib:

“Hesab edirəm ki, bizim bir-birimizə ehtiyacımız var və ümid edirəm ki, Azərbaycan nümayəndə heyəti tezliklə Parlament Assambleyasında öz yerinə qayıdacaq”.

O daha sonra əlavə edib:

“Ümid edirəm ki, nümayəndə heyətinin tezliklə geri qayıtması ilə tərəflər arasında əməkdaşlıq və dialoq bizi birləşdirən dəyərlərin maraqları naminə davam edəcək”.

Dominik Haslerin sözlərinə görə, o, Nazirlər Komitəsinin sədri kimi hamı üçün ən məqbul həll yolunu tapmaq məqsədilə üçtərəfli müzakirə təşkil edib.

O qeyd edib ki, Azərbaycan nümayəndə heyətinin qayıdışı ümumi ideyaların qorunması və təbliği baxımından, xüsusən də təşkilatın 75 illik yubileyinin qeyd olunması üçün mühüm əhəmiyyət kəsb edir.

“Azərbaycan 2001-ci ildə Avropa Şurasına üzv olduqdan sonra demokratikləşmə prosesində AŞ-nin dəstəyindən yararlanıb və AŞ da öz dəyərlərini təbliğ etmək və əhatə dairəsini genişləndirmək üçün Azərbaycandan faydalanıb. Bu, qarşılıqlı faydalı əməkdaşlıqdır və iş başa çatmayıb, ciddi islahatlar tələb edir”, – deyə Lixtenşteyn Xarici İşlər Nazirliyinin rəhbəri əlavə edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki