Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikasının beynəlxalq fəaliyyəti genişləndi və diplomatiyasının məqsəd işğal altında olan torpaqların azad edilməsi idi.
Dövlət başçısının yürütdüyü uğurlu xarici siyasət nəticəsində 155 dövlətin səsi ilə Azərbaycan Respublikası BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi. Bu quruma üzv seçilmək Azərbaycan dövlətinə və Prezidentinə olan inam, etimad və etibarın göstəricisi olmaqla ölkə tarixində bir ilk idi. BMT Təhlükəsizlik Şurasının iclasına sədrlik edən Prezident İlham Əliyev dünyanı narahat edən ən vacib məsələlər barəsində geniş nitq söylədi və beynəlxalq terrorizmə qarşı mübarizədə səyləri birləşdirməyin vacibliyini vurğuladı. Dövlət başçısı Ermənistanın hərbi təcavüzü nəticəsində yaradılmış Dağlıq Qarabağ münaqişəsinin uzun illərdən bəri həll edilmədiyini, Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin yerinə yetirilmədiyini, bu vəziyyətin davam etməsinin qurumun nüfuzuna mənfi təsir etdiyini bir daha bildirdi. Təhlükəsizlik Şurasında iki dəfə sədrliyi müddətində Azərbaycan Respublikasının təşəbbüsü ilə dünyanın ən vacib məsələləri müzakirə olundu və müvafiq qətnamələr qəbul edildi. Təhlükəsizlik Şurasında qeyri-daimi üzvlük və Prezident İlham Əliyevin quruma sədrlik edərək nitq söyləməsi səmərəliliyini və Azərbaycan Respublikası diplomatiyasının parlaq səhifələrindən biri oldu.
Prezident İlham Əliyev BMT Baş Məclisinin yaradılmasının 75 illiyinə həsr edilmiş yüksək səviyyəli iclasda Qoşulmama Hərəkatının sədri və dövlət baş çısı olaraq nitq söylədi. Nitqinin sonunda dövlət başçısı dünya birliyini işğalçı Ermənistana qarşı tədbirlər görməyə çağırdı.
Münaqişənin dinc siyasi vasitələrlə həllindən boyun qaçıran Ermənistan təxribatlar törətməkdə davam edirdi. Təcavüzkar ölkənin 2020-ci il sentyabrın 27-də Füzuli, Cəbrayıl, Ağdam, Tərtər, Goranboy istiqamətlərində təmas xəttindəki təxribatları nəticəsində dinc insanlar öldürüldü və mülki obyektlərə ziyan dəydi. Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Təhlükəsizlik Şurasının iclasında düşmənə cavab vermək və işğal altındakı torpaqları azad etməkdən ötrü müharibəyə başlamaq barədə qərar qəbul edildi.
Sentyabrın 27-də Azərbaycan xalqına müraciət edən dövlət başçısı yaranmış şəraiti və qəbul olunan qərarları xalqa çatdırdı. Prezidentin fərmanı ilə ölkədə hərbi vəziyyət və fövqəladə vəziyyət elan edildi.
Müharibə öz xarakterinə görə Azərbaycan tərəfindən ədalətli, təcavüzkar Ermənistanın işğalı altında olan torpaqların azad edilməsi uğrunda Vətən müharibəsi idi. Qısa müddətdə bir sıra ərazilər işğaldan azad edildi. Bi bizim Böyük Qələbəmiz idi.
44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz yeni reallıq yaratsa da keçmişdə yaşananlar, eyni zamanda, dünyada ədalət və beynəlxalq hüquq prinsiplərinin hansı şəkildə tətbiq edildiyi və qorunduğu unudulmur.
Ötən həftələr ərzində beynəlxalq hüququn, o cümlədən Azərbaycan, Rusiya Federasiyası və Ermənistan liderlərinin 10 noyabr tarixli üçtərəfli Bəyanatının 4-cü bəndi çərçivəsində Ermənistanın öhdəliyinin kobud pozuntusu olaraq, Azərbaycan ərazisində qeyri-qanuni qalan erməni silahlı qüvvələri hərbi-mühəndislik və digər qanunsuz işlərini daha da artırıb.
Son həftələr ərzində təkcə “Azərbaycan Hava Yolları”nın deyil, xarici ölkələrin mülki təyyarələri də onların təhlükəsizliyi üçün ciddi təhlükə yaradan radioelektron müdaxilələrə məruz qalıb.
Ermənistan Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə xələl gətirən hərəkətlərinə son qoymalıdır. Bölgədə davamlı sülh üçün tarixi fürsətin qaçırılmaması həyati əhəmiyyət kəsb edir.
Ermənistan rəhbərliyinin Azərbaycanın, Qarabağ regionu daxil olmaqla, suverenliyinin və ərazi bütövlüyünün tanınması ilə əlaqədar şifahi bəyanatları sülhün həqiqətən də əlçatan olması ilə bağlı ehtiyatlı nikbinliyə zəmin yaratdı.
TŞ-də müzakirələrdə istənilən nəticələrin alınmaması onu göstərdi ki, Ermənistan hökuməti və diaspora arasında ciddi narazılıq və anlaşılmazlıqlar var və bu hər gün dərinləşir.
TŞ-də müzakirələrdə çıxış edən dövlətlərin əksəriyyətinin balanslı çıxışları Azərbaycanın mövqeyini daha da gücləndirdi, ərazi bütövlüyünün təmin edilməsinin beynəlxalq hüquqa uyğun olduğunu bir daha təsdiqlədi.
Aynur Xəlilova – politoloq