image-reklam-veteninfo
image-img_9703backend

Xəzər Universiteti “Sustainability Impact Ratings 2026” reytinqində 301-400 aralığına yüksəlib

image-reklam-veteninfo

Nüfuzlu beynəlxalq reytinq təşkilatı “Times Higher Education” tərəfindən “Sustainability Impact Ratings 2026” reytinqinin nəticələri açıqlanıb. Nəticələrə əsasən, Xəzər Universiteti dünya üzrə qiymətləndirilən 1603 ali təhsil müəssisəsi arasında 301-400 aralığında yer alıb.

Universitetdən AZƏRTAC-a bildirilib ki, bu nəticə Xəzər Universitetinin ötən illə müqayisədə əhəmiyyətli irəliləyiş əldə etdiyini göstərir. Belə ki, universiteti 2025-ci ildə həmin reytinqdə 401-600 aralığında qərarlaşmışdı.

“Reytinq ali təhsil müəssisələrinin Dayanıqlı İnkişaf Məqsədlərinə verdiyi töhfəni tədris, tədqiqat, siyasət, idarəetmə və ictimai fəaliyyətlər əsasında qiymətləndirir. Universitet reytinqdə Birləşmiş Millətlər Təşkilatının 17 Dayanıqlı İnkişaf Məqsədindən 14-ü üzrə qiymətləndirilib. Ən yüksək nəticə “Keyfiyyətli təhsil” göstəricisi üzrə əldə olunub və universitet bu nəticə üzrə 101-200 aralığında mövqe tutub. Bununla yanaşı, universitet “Sülh, ədalət və güclü institutlar” göstəricisi üzrə dünya miqyasında 22-ci yerdə qərarlaşıb. Xəzər Universitetinin reytinqdə mövqeyinin yüksəlməsi onun beynəlxalq nüfuzunun daha da artdığını, dayanıqlı inkişaf, keyfiyyətli təhsil, məsuliyyətli idarəetmə və cəmiyyətə xidmət sahələrində fəaliyyətinin uğurla davam etdiyini təsdiqləyir”, – deyə məlumatda qeyd olunur.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki