Misirli futbolçu Ziko Argentina ilə keçirilən oyundan sonra hakim idarəçiliyini kəskin tənqid edib.
Vətəninfo.az xəbər verir ki, o, qarşılaşmadan sonra verdiyi açıqlamada hakimlərin Argentinanın qələbəsi üçün qərəzli qərarlar qəbul etdiyini iddia edib.
“Bu gün hakim biabırçılığı yaşandı. Dünya Kuboku əvvəlcədən razılaşdırılıb, istədikləri komandaya qələbə verirlər. Hakim Argentinanın qalib gəlməsi üçün əlindən gələni etdi. Bu turnirdə ədalət yoxdur, hakimlər onların tərəfindədir. Bizə isə Allah bəs edir”, – deyə Ziko bildirib.
Misirli futbolçu turnirin nəticələrinin şübhə doğurduğunu da vurğulayıb.
“Argentinanı Dünya Kuboku münasibətilə təbrik edirəm. Amma bu turnir artıq ciddi şübhə altındadır. Hakim ədalətsiz idi, ədalətsiz idi, ədalətsiz idi”, – deyə o əlavə edib.
Qeyd edək ki, Zikonun səsləndirdiyi fikirlər onun şəxsi mövqeyidir və bu iddialarla bağlı hələlik turnirin təşkilatçıları və ya hakimlər tərəfindən rəsmi açıqlama verilməyib.


























