image-reklam-veteninfo
image-img-20260703-wa0133backend

Ağstafa RİH başçısı Saloğlu qəsəbəsi və Qarahəsənli kəndində vətəndaşların növbəti səyyar qəbullarını keçirib – FOTOLAR 

image-reklam-veteninfo

Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov rayonun Saloğlu qəsəbə və Qarahəsənli kənd yaşayış məntəqələrində vətəndaşların növbəti səyyar qəbullarını keçirib. Səyyar qəbullarda rayonun rəhbər vəzifəli şəxsləri, idarə, müəssisə və təşkilatların nümayəndələri, eyni zamanda, yerli sakinlər iştirak ediblər.
Səyyar qəbullarda giriş nitqləri söyləyən RİH başçısı bildirib ki, bu gün ölkəmizdə höküm sürən ictimai-siyasi sabitlik, vətəndaşlarımızın təhlükəsiz və əmin-əmanlıq mühitində yaşaması möhtərəm Prezidentimiz cənab İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasətin nəticəsidir. Azərbaycanda əhalinin sosial rifahının yüksəldilməsi dövlətimizin iqtisadi siyasətinin mərkəzində dayanır və bu istiqamətdə ardıcıl tədbirlər uğurla icra olunur.
Səyyar qəbullarda vətəndaşların səsləndirdikləri müxtəlif məzmunlu müraciət və təklifləri qeydiyyata alınıb, qaldırılan məsələlərin həlli tədbirləri müəyyən olunub. Aidiyyəti üzrə məsul şəxslərə müvafiq tapşırıqlar verilib.

image-img-20260703-wa0138 image-img-20260703-wa0137-1 image-img-20260703-wa0136-1 image-img-20260703-wa0135-1 image-img-20260703-wa0134-1 image-img-20260703-wa0133-1 image-img-20260703-wa0137 image-img-20260703-wa0136 image-img-20260703-wa0135 image-img-20260703-wa0134 image-img-20260703-wa0133 image-img-20260703-wa0132




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki