Bu gün İran parlamentinin sədri Məhəmmədbağır Qalibaf ABŞ-nin İranın cənubundakı hədəflərə endirdiyi zərbələrdən sonra Vaşinqtonu 14 maddəlik razılaşmanın əsas müddəalarını pozmaqda ittiham edib.
Vətəninfo.az xəbər verir ki, Qalibaf “X” hesabında paylaşdığı açıqlamada ABŞ-nin beş əsas pozuntuya yol verdiyini deyərək yazıb:
“- Hörmüz boğazı ilə bağlı razılaşmanın pozulması;
– Yeni hücumlarla bağlı təhdidlərin davam etməsi;
– Neft sanksiyalarının bərpası;
– İranın cənubuna hücumların edilməsi;
– İsrailin Livana davam edən təcavüzü.
Zorakılıq və şantaj dövrü bitdi. Siz məqsədlərinizə çata bilməyəcəksiniz. Biz təslim olmayacağıq”.


























