ABŞ lideri bu barədə Ankarada keçirilən NATO sammitinin yekunlarına dair mətbuat konfransında İran ətrafındakı vəziyyətlə bağlı sualı şərh edərkən və Tehrandakı bir sıra rəhbər şəxslərin məhv edilməsini xatırladarkən bəyan edib.
Vətəninfo.az xəbər verir ki, Trampın sözlərinə görə, o, “ölüm perspektivindən narahat deyil”: “Mən ölkə üçün nə lazımdırsa, onu da edirəm. Mən dünya üçün nə lazımdırsa, onu edirəm”. O qeyd edib ki, ABŞ İranla uzunmüddətli münaqişəyə can atmır və bundan sonrakı hər hansı hadisələr sürətlə inkişaf edəcək. Bundan əlavə, Amerika lideri Vaşinqtonla Tehran arasında yenidən uzunmüddətli hərbi əməliyyatların başlayacağını düşünmür. Tramp bildirib ki, indi Tehranla razılığa gəlmək istədiyindən əmin deyil: “Onlarla saziş bağlamaq istədiyimə əmin deyiləm. Biz oyun oynaya bilərik, amma onlarla saziş bağlamaq istədiyimdən əmin deyiləm. Mən bu işi bitirdim”.


























