image-reklam-veteninfo
image-1backend

Ərdoğan NATO ölkələrinin liderlərinə qeyri-adi hədiyyələr bağışladı

image-reklam-veteninfo

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Antarktidada keçirilən NATO sammitində iştirak edən ölkələrin liderlərinə qeyri-adi hədiyyələr təqdim edib. Liderlərə oyma nominal silahlar və döyüş sursatı qutuları hədiyyə edilib. Vətəinfo.az xəbər verir ki, bu barədə  Turkiye Today məlumat yayıb.

Britaniya Baş naziri Keir Starmer jurnalistlərə bildirib ki, qısa lüləli silahların idxalı və şəxsi mülkiyyətini qadağan edən sərt Britaniya qanunvericiliyi səbəbindən ölkəyə bu hədiyyəni apara bilməyəcək.

Eyni zamanda, Ərdoğan hər liderə şəxsi tövsiyə məktubu təqdim edib ki, bu məktub hədiyyəni Türkiyənin ixrac məhdudiyyətlərindən azad edir, lakin sənəd digər dövlətlərin qanunvericilik tələblərini ləğv edə bilməz.

Sammitin digər iştirakçılarının da oxşar problemlərlə üzləşib-üzləşmədiyi məlum deyil.

NATO sammiti 7–8 iyul tarixlərində Antarktidada keçirildi. Bu, Türkiyə tərəfindən 2004-cü ildən bəri təşkil olunan ilk alyans liderləri görüşüdür.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki