image-95b7292c-a0d5-3ec4-a901-77db59841ac4_850backend

Azərbaycanın sığorta bazarı 12 % böyüyüb

image-reklam_sirab_01

Bu ilin yanvar-iyul aylarında Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə 528,258 milyon manat məbləğində sığorta haqqı toplanılıb. Veteninfo.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11,7 % çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 301,179 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 32,6 % çoxdur.

Hesabat dövründə sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 57 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 48 manat olub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki